İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank Respublika qardaş Türkiyəyə dəstək məqsədilə 2,2 milyon TL ianə etdi

Fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarını aradan qaldırmağa dəstək olmaq üçün, Azərbaycan dövləti, xalqı, ilk dəqiqələrdən qardaş ölkənin yanında oldu və öz həmrəyliyimizi nümayiş etdirdi.

Qardaş Türkiyə xalqının yanında olduğunu bəyan edən Bank Respublika, zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) – 2,2 milyon TL (200.000 AZN) məbləğində pul vəsaiti köçürdü.

“Bank Respublika ailəsi adından bu faciəvi zəlzələdə həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə dövlətinə başsağlığı verir, xəsarət alanlara isə şəfa diləyirik.” deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR