İnsanlara hürriyət, millətlərə istiqlal!

Balıq yağının gözlənilməz təhlükəsi ÜZƏ ÇIXDI

Omeqa-3 yağ turşuları ilə zəngin olan balıq yağının istehlakı bütün dünyada əsas ölüm səbəbi olan ürək-damar xəstəliklərinin qarşısının alınması üçün tövsiyə edilir.

Bəzi araşdırmalar göstərir ki, bu yağın bəzi ürək xəstəliklərinə heç bir faydası yoxdur.

Musavat.com xəbər verir ki, tədqiqatçılar Böyük Britaniya vətəndaşlarının sağlamlıq məlumatlarını ehtiva edən "Biobank"dan 415 min 737 nəfərin məlumatlarını araşdırıblar.

"BMJ Medicine" jurnalında dərc edilən araşdırmada orta yaşı 55 ətrafında olan iştirakçıların təxminən 12 illik məlumatları təhlil edilib.

Məlum olub ki, balıq yağı əlavələri sağlam insanlarda ürək xəstəliyi və insult riskini artıra bilər. Digər tərəfdən də, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda ölüm riskini azalda bilər.

Britaniya Ürək Fondunun baş dietoloqu Treysi Parker infarkt və insult riskini azaltmaq istəyənlərə Aralıq dənizi pəhrizini tövsiyə edir. Yağlı balıqların çox, qırmızı ətin isə az istehlak edildiyi bu pəhriz taxıl, paxlalılar, tərəvəz və meyvələrlə də zəngindir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR