İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakəndə kafeyə BASQIN: qadın sahibkara bıçaq çəkdi

Balakən rayonunda yerləşən obyektlərin birində gecə saatlarında quldurluq hadisəsi qeydə alınıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələb edib və verməyəcəyi təqdirdə onu ölümlə hədələyib. 

Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə təqsirli bilinən 29 yaşlı Ramazan Ramazanov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Ramazanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR