Onlayn ictimai-siyasi qəzet
Krasnoyarsk–Bakı marşrutu üzrə uçuş həyata keçirən "IrAero" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin kondisioner sistemində texniki nasazlıq yaranıb.
Musavat.com xəbər verir ki, hadisə təyyarə havaya qalxmağa hazırlaşarkən baş verib və sərnişinlər arasında ciddi təşvişə səbəb olub.
Məlumata görə, kondisioner sistemində texniki nasazlıq aşkar edildikdən sonra ekipaj üzvləri problemi aradan qaldırmaq üçün təmir işləri aparıblar. Lakin təyyarə yenidən işə salındıqda mühərrik gözlənilmədən dayanıb. Bu, sərnişinlər arasında narahatlıq yaradıb.
Hadisədən sonra bəzi sərnişinlər uçuşu davam etdirməkdən imtina ediblər. Ümumilikdə 22 nəfər öz biletini qaytararaq səfərdən imtina edib. Təyyarə ekipajı və hava limanı texniki xidməti problemi aradan qaldırdıqdan sonra təyyarə yenidən işə salınıb və Bakı istiqamətində havaya qalxıb.
Musavat.com
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ