İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bu ərazisi söküləcək - Razılıq əldə olundu

Bu gündən Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) sakinlər və obyekt sahiblərinin bir qismi ilə müvafiq məbləğdə kompensasiya barədə razılıq əldə olunub və söküntü işlərinə başlanılıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hazırda digər sakinlərlə və obyekt sahibləri ilə danışıqlar aparılır.

Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, Sevgi parkının davamı olacaq.

Qeyd edək ki, bundan öncə Sevgi parkı ilə bağlı yaxınlıqda sökülən digər evlərə görə hər 1 kv.m üçün 2500 manat, obyektlərin hər 1 kv.m üçün 3000 manat kompensasiya verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR