İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının 9 istiqamətində sıxlıq var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.

Musavat.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Babək prospekti, mərkəz istiqamətində;

3. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

4. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR