İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı bu qəbiristanlıqda bahalı mərmərdən olan güldanlar oğurlanır - FOTO/VİDEO

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu qəbiristanlığında qəbirlərin sinə daşlarının üzərində olan bahalı mərmər güldanlar oğurlanəır. Artiq polis əməkdaşları həmin şəxs və ya şəxslərin axtarışlarına başlayıb.

Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, yaxınlarının məzarını ziyarətə gələnlər gözlərinə inana bilməyiblər.

Məzar daşlarının üzərində bahalı mərmərdən olan güldanlar qoparılaraq oğurlanıb.

Doğmalarını orada dəfn edənlər deyirlər ki, bir müddətdir. kimlərsə məzarlıqdakı güldanlara qənim kəsilib.

Güldanların tamah məqsədilə oğurlandığı güman edilir.

Məzarlığın nəzarətçisi Bəxtiyar Cavanşirov deyir ki, artıq məsələ ilə bağlı aidiyəti üzrə məlumat verilib.

Dəfn edilənlərin yaxınları tezliklə oğurluq edənlərin saxlanmasını istəyirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR