Onlayn ictimai-siyasi qəzet
Ötən gün Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı məlumatı Oxu.Az-a hadisə şahidləri veriblər.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarənin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, baş verən yol nəqliyyat hadisəsi zamanı bir nəfər həyatını itirib.
“3 may saat 11:30-da paytaxtın Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü piyadaların hərəkəti üçün nəzərdə tutulmayan yerdən yolu keçən 1950-ci il təvəllüdlü Bakı şəhər sakini Həsənağa Bayramovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə məlumatda bildirilir.
Videonu təqdim edirik:
@@TVmusavat/84635@@
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ