Onlayn ictimai-siyasi qəzet
Bakıda yağan güclü yağışlar nəticəsində iki nəfərin batması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Sosial şəbəkələrdə yayılan videoda Sabunçu ərazisindəki tuneldə maşının sel sularında batdığı, içində olan iki nəfərin də çıxa bilmədiyi qeyd olunub.
Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a bildirilib ki, yayılan məlumatla bağlı araşdırma başladılıb.
Qeyd olunub ki, əraziyə FHN qüvvələri cəlb edilib.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ