Onlayn ictimai-siyasi qəzet
Bakıda sürücü sükan arxasında infarkt keçirib.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Bakı şəhəri sakini 1969-cu il təvəllüdlü Akif Rəhmanov idarə etdiyi "Renault" markalı 99-SB-773 dövlət qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən sükan arxasında infarkt keçirib.
Nəticədə, avtomobil səkiyə çırpılıb. Xəstəxanaya yerləşdirilən A.Rəhmanov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
22 Aprel 2025
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ