İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qızılın satışı dayandırıldı – SƏBƏB

Bu il qızılın unsiyasının qiyməti 2 500 dollara çatacağı gözlənilib.

Bu barədə Amerikanın qlobal maliyyə institutu “JP Morgan” məlumat yayıb.

“JPMorgan Chase & Co.”-nun Qlobal Əmtəə Tədqiqatının rəhbəri Nataşa Kanevanın sözlərinə görə, qızılın qiyməti bu il bir unsiya üçün 2 500 dollara çatmaq potensialına malikdir:

“Biz gözləyirik ki, qızılın qiyməti 2 500 dollara çata bilər. Çünki bazar həddən artıq həyəcanlanmağa meyillidir”.

Xatırladaq ki, qızılın qiyməti ötən həftə 2 203 dollara olmaqla tarixdə ən yüksək səviyyəsini görüb. Bakı vaxtı ilə saat 09:25-də qızılın unsiyası 2 170 dollardan ticarət olunub.

“Cebhe.info”-nun məlumatına görə, artıq Azərbaycanda da qızıl satışı ilə məşğul olan mağazalarda qiymətlərdə artım müşahidə olunur. Demək olar ki, hər həftə 1 (583 əyar), 1.50 (750 əyar), 2 (900 əyar) manat civarında artım görülür.

Məlumata görə, mayda qızılın qiymətdə 40 faiz artımın olacağı bildirilir. Artıq satıcıların bir çoxu köhnə qiymətə aldıqları qızılı vitrindən yığışdırıb. Köhnə qiymətlərlə alınan qızılın satışı nadir qızıl satışı ilə məşğul olan mağazalarda görülür. Səbəb isə may ayındakı 40 faizlik artım zamanı satış etmək istəmələridir.

Əslində Amerikanın qlobal maliyyə institutu “JP Morgan”ın verdiyi proqnoz özünü doğruldur. Bu proqnoz dünyada qızılın qiymətinin artmasına hesablanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR