Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərinin Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.
O bildirib ki, hazırda əraziyə YPX əməkdaşları cəlb edilib və əməkdaşlar tərəfindən hərəkət tənzimlənir.
"Sürücülərdən bir daha yol hərəkəti qaydalarına ciddi riayət etmələri və sürət həddini hava şəraitinə uyğun seçmələri xahiş olunur", - deyə R.Tağıyev əlavə edib.
10 Fevral 2025
09 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ