Onlayn ictimai-siyasi qəzet
Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ-Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfrans keçirilir.
Musavat.com xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev, Türkiyə Respublikasının sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında Nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvləri, Milli Məclisin üzvləri, xarici ölkələrdən dəvət olunmuş professorlar, ictimai-siyasi xadimlər və başqaları iştirak edir.
Konfrans Qərbi Azərbaycan İcması haqqında qısametrajlı filmin nümayişi ilə başlayıb.
Rəsmi hissədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciəti səslənib.
Müraciəti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev səsləndirib.
@@TVmusavat/102697@@
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ