Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə , Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən paytaxt sakini olan zərərçəkən Azadlıq prospektində yerləşən marketlərdən birinin yaxınlığından keçən zaman tanımadığı şəxsin ona yaxınlaşdığını və boynundan 700 manat dəyərindəki qızıl boyunbağını dartıb qaçaraq hadisə yerindən uzaqlaşdığını bildirib.
Şöbə əmədaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elvin Cabbarov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını bildirib.
Qeyd edək ki, saxlanılan şəxsin törətdiyi soyğunçuluq hadisəsi və sonradan ərazidən yayınması müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Elvin Cabbarovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 4-cü Polis Şöbəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ