Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlı qız Taner Engin Demir adlı şəxsə görə evdən qaçaraq Türkiyəyə gedib.
Musavat.com sfera.az-a istinadən xəbər verir ki, bu barədə evdən qaçan Seyidxanım Əlifxanova adlı qızın anası "Səni axtarıram" verilişində danışıb. O, qızının ikinci qrup əlil olduğunu, psixi problemlərdən əziyyət çəkdiyini bildirib. Ananın sözlərinə görə, qızı ilə Türkiyə vətəndaşı "TikTok" sosial şəbəkəsində tanış olublar.
Ana, həmçinin bildirib ki, Seyidxanım evdən 2 500 manat pul və sənədlərini götürərək sərhədi keçib. Onun ağır dərəcəli nitq və davranış pozğunluğu olduğunu təsdiq edən sənəd də verilişdə təqdim edilib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ