İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda oğurluq edən şəxslər saxlanıldı

Binəqədi və Səbail rayonlarında marketlərdən silsilə oğurluqların edilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə əməli törədən 31 yaşlı N.Mulakin və bir qadın müəyyən olunaraq saxlanılıblar. 

Binəqədi rayonu ərazisində daha bir oğurluq hadisəsi isə Ə.Naxçıvanski küçəsində qeydə alınıb. Bir nəfərin içərisində sənədlər və bank kartları olan çantasını oğurlayan 23 yaşlı daha bir qadın tutulub. 

Paytaxtın Qaradağ rayonunda isə evlərin birindən 625 manatlıq naqil oğurlayan əvvəllər məhkum olunmuş 31 yaşlı Q.Qədirov da polis əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

BÜTÜN XƏBƏRLƏR