İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar: SİYAHI - SAHİBLƏRİ

Bakıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən milyonlarla manat vergidən yayınan Mənzil-Kommunal Tikinti Kooperativləri (MTK) aşkarlanıb.

Musavat.com xəbər verir ki, "Qaynarinfo"nun araşdırmasına görə, DVX tərəfindən aşağıdakı MTK-lara pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən külli miqdarda maliyyə sanksiyası tətbiq olunub:

- Qanuni təmsilçisi Kərim Pirməmməd oğlu Piriyev, AZ1129, Bakı Şəhəri Xətai Rayonu, Məhəmməd Hadi, ev.63A, m.71 ünvanında qeydiyyatda olan 115 Saylı Mənzil-Tikinti Kooperativi;

- Qanuni təmsilçisi İlham Arif oğlu Qafarov, AZ1138, Bakı Şəhəri Yasamal Rayonu, Əhməd Cavad, ev.77, məhəllə 3147 ünvanında qeydiyyatda olan "Səma-A" Mənzil-Tikinti Kooperativi;

- Qanuni təmsilçisi İbrahimxəlil Mikayıl oğlu Kərimov, Bakı Şəhəri Nizami Rayonu, Bəhruz Nuriyev, ev.52 ünvanında qeydiyyatda olan "Neftçi-3 Mənzil-Tikinti Kooperativi";

- Qanuni təmsilçisi Səhəddin Şirin oğlu Məmmədov, Bakı Şəhəri Xətai Rayonu, Xudu Məmmədov, ev.2 ünvanında qeydiyyatda olan "Etiram" Mənzil-Tikinti Kooperativi;

- Qanuni təmsilçisi Nadir Mirzə Əzizulla oğlu Fərəcullazadə, Bakı Şəhəri Xətai Rayonu, 6-Cı Zavod, Ev.3 1158-ci məhəllə ünvanında qeydiyyatda olan "Kəndtikinti Mənzil-Tikinti Kooperativi";

- Qanuni təmsilçisi Zaur Mahir oğlu Aslanov, Bakı Şəhəri Nərimanov Rayonu, Qafur Rəşad, ev.20 ünvanında qeydiyyatda olan "Bərəkət İnşaatçı-07" Mənzil-Tikinti Kooperativi;

- Qanuni təmsilçisi Məmməd Əzimulla oğlu Ramazanov, Bakı Şəhəri Nəsimi Rayonu, Əlövsət Quliyev, Ev.334-cü məhəllə ünvanında yerləşən "Merkuri" Mənzil-Tikinti Kooperativi;

- Qanuni təmsilçisi Nəcibə Şahbaz qızı Ağayeva, Bakı Şəhəri Nəsimi Rayonunda yerləşən "Kristal" Mənzil-Tikinti Kooperativi;

- Qanuni təmsilçisi Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin sabiq rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin sabiq rəhbəri Azayev Elxan Çərkəz oğlu olan "Diplomat 2008" Mənzil Tikinti Kooperativi;

Bu MTK-lar barəsində səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 2167872.08 manat əlavə vergi, 1083936.06 manat maliyyə sanksiyası hesablanıb. Sözügedən MTK-lar dəfələrlə vergilərdən yayındıqları üçün 20 min manatdan 600 min manatadək maliyyə sanksiyaları ilə də cəzalandırılıblar.

Qanuni təmsilçisi Təyyar Novruz oğlu Məmmədov, Bakı Şəhəri Nəsimi Rayonu, Cavad Xan 2 Mkr, ev.48b, m.40 ünvanında qeydiyyatda olan "İzmir Ltd." Mənzil-Tikinti Kooperativi barəsində isə səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 2795067.19 manat əlavə vergi, 1403522.11 manat maliyyə sanksiyası hesablanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR