Onlayn ictimai-siyasi qəzet
Paytaxtda yerləşən mağazaların birindən 261 manatlıq elektron siqaretlər oğurlanıb.
Bu barədə görüntülər Baku.ws-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, hadisə yanvarın 8-də, Nizami küçəsi 249 ünvanında qeydə alınıb.
Şikayətçinin sözlərinə görə, naməlum şəxslər əvvəlcə satıcının başını qatıb. Daha sonra orta yaşlı biri mağazaya girib və 9 ədəd elekteon siqareti üst geyiminin içində gizlədərək oradan uzaqlaşıb. Artıq məsələ ilə əlaqədar polisə müraciət edilib.
Hadisə anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.
Sözügedən videonu təqdim edirik:
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ