İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda keçirilən “kiber müharibə” yarışının qalibi müəyyənləşib

Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivədində baş tutan “kiber müharibə” yarışının qalibi bəlli olub.

“Report” xəbər verir ki, yarışmanın birinci yerinin qalibi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “UEİP” komandası olub.

Yarışmada ikinci yeri “Azercell”in “CyberCell” komandası, üçüncü yeri isə Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin “Iron Fist” (Dəmir yumruq) komandası tutub.

Birinci yerin qalibinə 15 min manat, ikinci yerin qalibinə 10 min manat və üçüncü yerin sahibinə isə 5 min manat mükafat verilib.

Qeyd edək ki, tədbirin sponsor və tərəfdaşları Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən mükafatlandırlıb. Mükafatı XRİTDX adından Xidmətin rəisinin müavini general-mayor Allahverən İsmayılov və DTX adından isə qurumun Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov təqdim edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR