İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ilginc hadisə: Tanışının evindən oğurluq etdi, ev yiyəsinin borcunu qaytardı

Suraxanı rayonunda tanışının evindən oğurluq edən şəxs saxlanılıb.

1990-cı ildə Füzuli rayonu, Qarakollu kəndində doğulmuş R.Ağayevin tanışı Elsəvərə (şərti) 250 manat borcu olub.

O, borcu qaytarmaq üçün Elsəvərin evinə gedib. Onun evindən 500 manat pul oğurlayıb. Həmin pulun 300 manatını borca görə qaytarıb. Elsəvərə sonradan məlum olub ki, R.Ağayev onun borcunu özünün evindən oğurladığı pulla qaytarıb.

Məhkəmənin qərarı ilə R.Ağayev İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1 ay müddətinə inzibati həbs cəzası tətbiq olunub. (HİT.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR