İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda içində hamilə qadının da olduğu dəstə yaşlı kişini amansızcasına niyə döyüb? - VİDEO

Bakıda yaşlı kişinin amansızcasına döyülməsinin təfərrüatı məlum olub.

Zərərçəkən Elmir Əlizadə bildirib ki, hadisə gecə saatlarında, futbol matçından sonra baş verib.

O, səslər eşidərək evdən çıxıb və qonşu həyətə keçib:

"Aprel ayının 27-də də həmin şəxslə eyni problemlər yaşadıq. Yaxınlaşıb dedim ki, "keçəndəfəki bəs etmədi, yenə səs salırsan?" Daha sonra başladılar mənə hücum etməyə. Qadının biri hamilə idi, "məni vurmusan", - deyə başladı qışqırmağa. Evə qalxmaq istəyəndə yolumu kəsib köynəyimi cırdılar və mənə hücum etdilər".

Qeyd edək ki, hadisə Nəsimi rayonu, Mövsüm Sənani, 106 ünvanında baş verib. 3-4 nəfər yaşlı kişi ilə mübahisə edib. Daha sonra onu amansızlıqla döyüblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayan Elmir Eldar oğlu Əlizadənin iyulun 7-də yaşadığı binanın qarşısında tanışı Valeh tərəfindən döyülməsi barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət daxil olub.

Araşdırma zamanı müəyyən olunub ki, vətəndaş Elmir Əlizadəni döyən şəxs paytaxt sakini 1985-ci il təvəllüdlü Valeh Əkbər oğlu Rəhmanovdur.

O, polis şöbəsinə gətirilərək izahatı alınıb.

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR