İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda FİLM KİMİ OLAY: Körpüyə çıxıb özünü doğradı

Bakıda baş verən intihara cəhd hadisəsi şahidləri şoka salıb.

Musavat.com Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, “20 Yanvar” dairəsindəki körpüdə baş verib.

Bakı şəhər sakini 31 yaşlı Edqar Qarayev intihar etmək məqsədi ilə körpüyə çıxıb. Bu zaman ətrafda olanlar və polis əməkdaşları onu xilas etmək üçün hərəkətə keçiblər. Lakin E.Qarayev ona yaxınlaşanların geri çəkilməsi üçün ülgüclə bədənini doğramağa başlayıb. Buna baxmayaraq polis əməkdaşları çətinliklə də olsa, onu fikrindən daşındıra biliblər. Daha sonra E.Qarayev xəstəxanaya yerləşdirilib.

Onun hansı səbəbdən intihara cəhd etməsi isə hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR