İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda eyni ərazidə 2 qəza oldu: Motosiklet yandı - VİDEO

Paytaxtın Nizami rayonunda, metronun "Koroğlu" stansiyasının yaxınlığında eyni anda iki qəza baş verib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Qeyd olunur ki, motosiklet aşaraq yanıb, həmçinin, sərnişin avtobusu başqa bir avtomobillə toqquşub. Nəticədə ərazidə sıxlıq yaranıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehtiram Xəlilov hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar:

"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində motosikletdə baş vermiş yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan yoxdur".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR