İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda evdə qadın meyiti tapıldı

Bakıda mənzildən meyit tapılıb.

Musavat.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, paytaxtın Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Orada aşkarlanan 69 yaşlı Arjevitina Yekaterina Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR