İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda əsgər tibb bacılarının başına oyun açdı: “Dayım vəzifədədir” - TƏFƏRRÜAT

Bakıda əsgər müalicə aldığı hospitalda iki tibb bacsını aldadaraq onların pulunu ələ keçirib. Əsgər dayısının yüksək vəzifədə çalışdığını deyərək həmin tibb bacılarını başqa hospitalda daha yüksək maaşlı işə düzəldəcəyini vəd edib.

Musavat.com xəbər verir ki, 20 yaşlı Zahit hərbi xidmətdə olduğu zaman “kəskin appendisit” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib. 3 həftə orada müalicə alan Zahit tibb bacıları ilə aralarında söhbət zamanı dayısının DTX-da yüksək vəzifədə çalışdığını deyib.

İstintaq zamanı müəyyən edilib ki, Zahit hospitalda tanış olduğu İlahə və Aidə adlı tibb bacısından Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş İdarəsinin Hospitalına tibb bacısı vəzifəsinə təyin etdirəcəyini deyib.

Məlumata görə Zahit müalicəsi bitəndən sonra hospitaldan ayrılıb. Hərbi xidmətini başa vurandan sonra da evə qayıdıb. Evə qayıdandan sonra tibb bacılarından biri olan İlahə adlı xanıma zəng edib. Ona deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş İdarəsinin Hospitalına tibb bacısı vəzifəsinə düzəlmək üçün 20 min manat pul lazımdır. Zahit onu da vəd edib ki, yeni iş yerində maaşı 2500 manat olacaq.

İlahə bununla razılaşaraq Zahitin kartına pulu hissə-hissə göndərib. Əvvəlcə 20 minə razılaşsalar da sonradan məbləğ 50 min manata qədər artıb. İlahə bildirib ki, 20 min verdikdən sonra Zahitə zəng edib işin nə zaman düzələcəyini soruşub. Zahit isə əlavə pul lazım olduğunu deyib. Verməyəcəyi təqdirdə isə işi həll etməyəcəyini bildirib. Qalan məbləği də hissə-hissə Zahitin kartına göndərən İlahə hazırda bu məbləğdən sadəcə 7500 manatını geri ala bildiyini söyləyib.

“Mənə dedi ki, əlavə pul verməsəm, məndən şikayət edəcək. Məni rüşvət verməkdə günahlandırdı”- deyə İlahə ifadəsinə əlavə edib.

Zahit isə ifadəsində bildirib ki, zərərçəkmiş kimi tanınan şəxslər ondan xahiş ediblər ki, DTX-da işə düzəlməyə kömək etsin. O da bunu fürsət bilib onları aldadıb. Zahit qeyd edib ki, DTX-da heç bi tanışı və qohumu işləmir. Aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib. Azadlığa çıxacağı halda zərərçəkmişlərin pulunu geri qaytara bilər.

Digər zərərçəkmiş isə tibb bacısı Aidə olub. O da 7500 manat pul verərək İlahə kimi eyni vəzifəyə düzəlməyə çalışıb. Amma o da aldadıb. Zərərçəkmiş Aidə isə verdiyi puldan sonra 1000 manatını geri ala bilib. O da İlahə kimi pulu Zahitin kartına göndərib.

Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinən Zahit 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR