İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 50 mənzilli bina qəzalı vəziyyətdədir - Sakinlər narahatdır - VİDEO

Bakının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən 50 mənzilli bina qəzalı vəziyyətdədir.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, təqribən 120 yaşı olan bina yararsız vəziyyətdədir.

Ona görə də 50 evin hər birində yaşayış çətinləşib.

Normal yaşayış normalarına cavab verməyən mənzillərdə çatlar günü-gündən böyüyür.

Məsələ ilə bağlı açıqlama verən Nəsimi Rayon İcra Hakimiyyətinin memarı Ələsgər Rüstəmov bildirib ki, qurumun tərkibində yararsız vəziyyətdə olan belə binalarla bağlı komissiya fəaliyyətə başlayıb.

''Hazırda bu tipli binaların siyahısı Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilir. Qısa müddətdə müvafiq qərar veriləcək'', - deyə o əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR