İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 3 qız YOXA ÇIXDI: anaları axtarır

Bakıda 3 qız itkin düşüb.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisələrdən biri Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini Əliyeva Aydan Elçin qızı avqustun 5-də evdən çıxaraq, naməlum istiqamətdə gedib.

Bu barədə onun anası Y. Mirvilişova rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.
Digər hadisələr Nizami rayonunda olub.

14 yaşlı rayon sakini Allahverdiyeva Şəlalə Niyazi qızı evdən gedərək qayıtmayıb. Bu barədə onun anası M. Həsənova rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə müraciətində bildirib.

Bundan əlavə, Nizami rayon sakini Darılmaz Kezban Mətin qızı avqustun 16-da rəfiqəsinin evinə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb. Hadisə barədə onun anası İ. Darılmaz 24-cü Polis Şöbəsinə bildirib.

Faktlarla bağlı adları çəkilən şöbə və bölmələrdə araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR