Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Bakıda evdən meyiti tapılan iki qardaşın ölüm səbəbi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən axşam Sabunçu rayonu Zabrat qəsəbəsində evdə ölən 52 yaşlı Əli Həsənov və qardaşı 55 yaşlı Rəhman Həsənovun narkotik qəbulu səbəbindən ölməsi müəyyənləşib.
Aparılan ilkin ekspertiza nəticəsində onların bədənində iynə izləri aşkar edilib. Hər iki şəxsin dozadan artıq narkotik səbəbindən ölməsi ehtimal edilir.
Araşdırmalar davam etdirilir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ