İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bakı və İrəvan arasında yekun razılıq vacibdir" - Miller

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Onun sözlərinə görə, son bir həftə ərzində ABŞ dövlət katibi Entoni Blinken bu prosesdə şəxsən iştirak edir.

 “Son 24 saat ərzində Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib və ona görə də biz bu məsələnin vacibliyi ilə bağlı konkret məqamı bir daha təkrar edəcəyik. Uzunmüddətli perspektivdə iki ölkə arasında yekun razılığın əldə edilməsinin vacibliyinə dair çağırışımızı təkrar edirik”.

Dövlət Departamentinin nümayəndəsi Rusiya Prezidentinin Ermənistan və Azərbaycanla bağlı səsləndirdiyi fikrə şərh verməyəcəyini qeyd edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR