Onlayn ictimai-siyasi qəzet
Ötən gün İrəvanda Tavuşun Kirants kəndinin sakinləri ilə baş nazir Nikol Paşinyan və hökumət üzvləri arasında qapalı görüş keçirilib. Ermənistan mediası görüşün kənd sakinləri üçün yaxşı nəticələnmədiyini yazır.
Məlumata görə Paşinyan adı çəkilən kəndin iki yerə bölünəcəyi, sərhədin kəndin ortasından keçə biləcəyini deyib. Bundan qəzəblənən kənd sakinlərindən bir qismi evlərini yandıracaqlarını, kimisi isə barrikada quracağını bildirib.
Ümumiyyətlə, delimitasiya prosesi ilə bağlı ermənilər əvvəl Tavuşda, daha sonra isə İrəvanda aksiyalar keçirməyə başlayıblar.
Bəs bu aksiyalar nə ilə nəticələnə bilər? Paşinyana qarşı çevriliş ola bilərmi?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ