Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar Azərbaycan və Rusiya arasındakı münasibətlərin gərginləşməsi fonunda rus dili ilə bağlı müzakirələr xeyli qızışıb. Hər kəsə məlumdur ki, ölkəmizdə kifayət qədər insan gündəlik həyatında, ictimaiyyət arasında rus dilində danışır. Hətta bəzi dövlət dairələrində bu gün də rus dilində danışılır, işçi qəbul edərkən ondan rus dili biliyi tələb olunur.
Bununla bağlı bir çox ziyalılarımız çağırışlar edirlər ki, çox dil bilmək eyib deyil, ancaq ana dilini yaddan çıxarmaq, ana dilində danışmamaq, laqyed yanaşmaq eyibdir, hər bir azərbaycanlı öz ana dilində danışmalıdır.
Bəs Bakı sakinlərindən kimlər gündəlik həyatda rus dilində danışır və niyə?
Niyə azərbaycanlılar ikinci dil olaraq rus dilini öyrənir?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ