İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Buxarest-Bakı birbaşa aviareyslərinə start verilir

İyunun 3-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təşkilatçılığı, eləcə də Azərbaycanın Rumıniyadaki Səfirliyinin dəstəyi ilə birbaşa uçuşların başlanması ilə əlaqədar təqdimat tədbiri keçirilib.

Turizm Agentliyindən Musavat.com-a verilən məlumata görə, iyunun 3-dən etibarən həftədə iki dəfə olmaqla, bazar ertəsi və cümə axşamı günləri həyata keçirilməsi planlaşdırılan uçuşlar AZAL tərəfindən icra ediləcək.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov Azərbaycan və Rumıniya arasında turizm əlaqələrinin dinamik inkişaf etdiyini, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrıldığını, ölkələr arasında birbaşa uçuşların həyata keçirilməsinin Azərbaycanı rumıniyalı turistlər üçün daha əlçatan edəcəyini bildirib. O, uçuşların təkcə Rumıniya ilə deyil, diqər Avropa ölkələri ilə də turizm əlaqələrinin genişlənməsinə müsbət təsir edəcəyini bildirib.

 

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Satış və əməkdaşlıq idarəsinin rəisi Çingiz Mürsəlov AZAL-ın müasir donanmaya malik regionda ən sürətlə inkişaf edən aviaşirkətlərdən biri olduğunu və marşrut şəbəkəsini genişləndirilməsi istiqamətində daim işlər gördüyünü vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan tərəfindən Rumıniya Respublikasının vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR