İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahar Muradova: “Ölkədə erkən nikahlar artır”

Milli Məclisdə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.

Musavat.com xəbər verir ki, hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Komitə sədri bildirib ki, dövlət orqanlarında və onların sistemində 2023-cü ildə rəhbər vəzifələrdə çalışan qadınların sayında əhəmiyyətli dəyişiklik baş verməyib:

“Ali Məhkəmənin 38 hakimindən 4-ü, apellyasiya instansiyası məhkəmələrinin 125 hakimindən 18-i, 1-ci instansiya məhkəmələrinin 384 hakimindən 89-u qadın olub. Keçən illə müqayisədə prokuror qadınların sayında artım müşahidə olunur. Eyni zamanda səfir və konsulluqlarda çalışan xanımların sayında müəyyən dəyişikliklər olub. Amma qadınların əmək haqları kişilərin əmək haqlarından aşağıdır”.

Bahar Muradova qeyd edib ki, ölkədə erkən nikahlar artır.

Komitə rəhbərinin sözlərinə görə, uşaqların doğulanadək cins seçiminə məruz qalması ilə bağlı problem hələ də qalmaqdadır:

“Erkən nikahların dinamikasında da nisbi artım var. Keçən il 269 erkən evliliyin qarşısı alınıb. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı təhlil hazırlanıb. Bunun nəticəsi onu deməyə əsas verir ki, biz 18 yaşdan aşağı ailə qurmağa icazə ilə bağlı istisna halı aradan qaldırmağa dəstək verməliyik”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR