İnsanlara hürriyət, millətlərə istiqlal!

Babayan: "Harada yatdığımı özüm bilərəm"

Qondarma rejimin keçmiş "müdafiə naziri" Samvel Babayan maraqlı açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, Xankəndinə qayıtmasının səs-küyə səbəb olmasını anlamadığını deyib.

"Əvvəla mənim Qarabağda peyda olmağım haqda danışım. Mən ailəmlə birgə burada qeydiyyatdayam və Qarabağda yaşayırıq. Harada gecələməyimə gəldikdə isə bu mənim şəxsi işimdir. Əgər Qarabağda hər hansı bir vəzifə tutsaydım, o zaman cavabdeh olardım ki, niyə Ermənistanda qalıram və s. İndiki yolların bağlı olduğu şəraitdə mənim Xankəndiyə gəlib -getməyimin müzakirə olunması çox maraqsız bir məşğuliyyətdir.

Yaxşı ki, açıq şəkildə ittiham edirlər. Bu onu göstərir ki, 20 ildə nə qədər cinayət törətmisiniz, Qarabağ ermənilərindən oğurlanmış pullarla medianı almağa hazırsınız.Təki Babayan bura gəlməsin, hər şey edərsiz...

Əgər doğru-düzgün debat təşkil etsəniz sizin yalançı patriotizminizi də faş edərəm. Regionda ən güclü orduya malik olduğumuzu yalandan deməyi, büdcəni şəxsi ciblərinizə yönəltməyi, xalqa hesabat vermək üçün yox, şəkil çəkdirmək üçün hərbi parad keçirməyi nəhayət ki, xalq 2020-ci ildə əmin oldu".

Xatırladaq ki, son günlər bəzi erməni saytları 1994-2000-ci illərdə qondarma qurumun "müdafiə ordusunun" rəhbəri olmuş Samvel Babayanın Xankəndidə mühüm vəzifə tutmağa hazır olduğunu yazır. Qarabağda olan əksər separatçılar isə ona qarşı çıxırlar. Hətta siyasətçilərdən biri "Samvel Nikol Paşinyanın tezislərini gündəmə gətirir” deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR