İnsanlara hürriyət, millətlərə istiqlal!

“Babadağ”dan qayıdarkən azmışdılar- Tapıldılar

Kürdəmir rayonu Şilyan kənd sakini Cəsarət Məmmədov və Karrar kənd sakini Mirələm Mehdiyev Şahdağ Milli Parkı ilə həmsərhəd olan “Babadağ” ziyarətgahından qayıdarkən yolu azıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, sözügedən şəxslər artıq tapılaraq ailələrinə təhvil verilib:

“İyulun 28-də milli parkla həmsərhəd olan ziyarətgahdan qayıdan iki vətəndaşın yağışlı və dumanlı hava şəraitində yolu itirərək azması ilə bağlı Şahdağ Milli Parkına məlumat daxil olan kimi dərhal operativ qruplar yaradılaraq bir neçə istiqamətdə axtarış işlərinə başlanılıb.

“Şahdağ Milli Parkının əməkdaşlarının səyi sayəsində 29 iyul tarixində səhər saat 8 radələrində itkin düşən vətəndaşlar Quba rayonunun Qarxun kəndi yaxınlığındakı yaylaq ərazisindən tapılaraq sağ-salamat ailələrinə təhvil verilib”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR