İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərə böyrək transplantasiyası ediləcək

Aktyor Azər Baxşəliyev yenidən əməliyyat olunacaq.

Axşam.az xəbər verir ki, aktyor bu haqda "İncə səhər" verilişində deyib. O bildirib ki, böyrək transplantasiyası etdirəcək:

"Az qalıb, həll olunmalıdır. Böyrəyimdə problem var idi, əməliyyat olunmuşdum. Son günlər həmin problem yenidən yarandı. Bu dəfə də əməliyyata gedəcəyəm. Bu, son olacaq. Böyrək köçürülməsi olunacaq".

Qeyd edək ki, Azər illərdir böyrək çatışmazlığından əziyyət çəkir. O, bir müddət əvvəl donor axtardığını deyib.

"2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var" deyə, Azər açıqlamasında bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR