İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azercell”-in illik ESG hesabatının təqdimat mərasimi keçirildi – FOTOLAR

Ölkənin ən böyük mobil operatoru olan “Azercell” “Davamlı bağlantı üçün dayanıqlı inkişaf: “Azercellin illik ESG hesabatının təqdimatı” mərasimi keçirib.

Musavat.com xəbər verir ki, media nümayəndələri üçün təşkil olunan tədbirdə “Azercell”-in dayanıqlılıq hesabatı ictimaiyyətə açıqlanıb.

Hesabat Qlobal Hesabat Təşəbbüsü (GRI) standartlarına uyğun olaraq hazırlanıb və “Azercell”-in ekoloji, sosial və idarəetmə meyarları üzrə 2023-cü il fəaliyyətini əks etdirir. Tədbirdə çıxış edən “Azercell” şirkətinin Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva bildirib ki, hesabat “Azercell”-in ətraf mühit, sosial və idarəetmə sahələrində fəaliyyətini əks etdirməklə bərabər, operatoru öz tərəfdaşlarına yeni perspektivlərdən də tanıdır. Hesabat “Azercell”-in dövlət, cəmiyyət və ətraf mühit qarşısında daşıdığı məsuliyyəti bir daha vurğulayaraq sağlam və təhlükəsiz gələcək naminə üzərinə götürdüyü öhdəliklərin icrasını nümayiş etdirir. Ş. Əliyeva qeyd edib ki, Dayanıqlılıq strategiyası BMT-in Davamlı İnkişaf Məqsədləri ilə uzlaşır: “Hesabatın ekoloji komponentində günəş enerjisi ilə işləyən baza stansiyaları, tullantı, su və yanacaqdan istifadənin azaldılması səyləri, batareyaların təkrar emalı və səmərəli enerji istehlakı vasitəsilə "karbon ayaq izi"ni azaltmaq səyləri öz əksini tapıb. Şirkət son illər ətraf mühitin qorunmasına dəstək məqsədilə Qarabağda iki, Qobustan və Tovuzda günəş enerjisi ilə işləyən bir stansiya qurub.

e2b2b88b-3fbf-4831-849f-3a4741fd7189.jpg (33 KB)

Ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin səmərəliliyini artırmaq üçün “Azercell”-in əldə etdiyi ISO 14001:2015 standartı şirkətin ESG öhdəliyinin daha bir bariz nümunəsi kimi hesabatda öz yerini alıb.

Şirkətin təhsil, idman, səhiyyə, qadın və uşaq hüquqlarının qorunması, eləcə də rəqəmsal inklüzivlik sahəsində dəstəklədiyi layihələr də hesabatın sosial bölümündə öz əksini tapıb. Hesabata həmçinin “Azercell”-in qadınların güclənməsi və onların İKT sahəsində rolunun artırılmasına yönlənmiş xüsusi proqramları da daxil edilib. “Azercell”in işçilərinin 38%-i qadınlar, 62%-i kişilər təşkil edir. Şirkətimiz texnologiya sahəsində işə qəbul prosesində qadınların daha fəal iştirakını təmin etməyə çalışır. Biz müxtəlif təcrübə proqramları və layihələrdə qadınlara da yer ayrılması üçün çalışırıq”.

Şirkət rəsmisi onu da əlavə edib ki, hesabatda lider mobil operatorun əməkdaşlarının bilik, bacarıq və rifahının yüksəldilməsi məqsədilə həyata keçirdiyi tədbirlər də əksini tapıb: “Onu da qeyd edək ki, bu tədbirlər sayəsində “Azercell” ölkədə və MDB məkanında beynəlxalq "Investors in People" - İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Hesabatda da qeyd olunduğu kimi, “Azercell”-in korporativ idarəetməsi qarşılıqlı etimadın artırılması prinsipinə əsaslanır. Belə ki, lider mobil operator təşkilat daxilində şəffaf qərarvermə və effektiv hesabatlılığı təşviq edən idarəetmə modelini tətbiq edir”.

88b8581d-8757-43d8-b9b0-a133c9e3ce3e.jpg (32 KB)

"Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalova isə hesabatı şərh edərkən bunları vurğulayıb: "Davamlı olaraq inkişaf edən dünyada dayanıqlılıq artıq seçim deyil, bir zərurətdir. Dayanıqlı biznes ilk növbədə abunəçilərimiz üçün fasiləsiz və rahat bağlantı, eləcə də ölkədəki bir sıra strateji proses və funksiyaların davamlı işləməsi deməkdir. Buna görə də dayanıqlılıq sadəcə dəbli anlayış yox, əsl strateji seçimdir.

Sonda jurnalistlərin suallarını cavablandıran “Azercell” şirkətinin Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyeva “Azercell” şirkəti üçün kibertəhlükəsizliyin çox önəmli olduğunu deyib: “Bunun nəticəsidir ki, 2023-cü ildə Azərbaycanda ilk dəfə keçirilən “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) kibermüharibə yarışında şirkətin “Cybercell” kibertəhlükəsizlik komandası ilk üçlüyə daxil olub.

Cari ildə “Azercell” şirkəti günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiyanı işə salmağı planlaşdırır. Bu addım təbiəti qorumaq və ekologiyanı qorumağa töhfə verəcəyinə inanırıq”.

Qeyd edək ki, ötən il "Azercell"in gəlirləri 570 milyon manata yaxın olub, bazar payı isə 48,2 % təşkil edib.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR