İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların soyqırımı Osmanlı arxivində - Foto

Başbakanlık Osmanlı Arxivində 494/36 inventar nömrəsi ilə qorunan sənəd 12 avqust 1905-ci ildə silahlı erməni dəstələrinin Bakı şəhəri, Balaxanı kəndi, Şuşa və Ağdam şəhərlərində dinc müsəlman əhaliyə qarşı törətdikləri soyqırım və təxribatlardan bəhs edir.

Axar.az xəbər verir ki, bu barədə AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev qeyd edib.

Alim bildirib ki, sənəddə əks olunan məlumatlar Osmanlı Dövlətinin Tiflis Nümayəndəliyinin 6 sentyabr 1905-ci ildə Xarici İşlər Nazirliyinə göndərdiyi məlumatlar əsasında tərtib olunmuşdur:

“1905-ci il avqust ayında baş vermiş erməni təxribatları haqqında bəhs edən bu sənəd, müxtəlif vaxtlarda göndərilmiş dörd səhifəlik məktubdan ibarətdir.

Həmin məktubun əhəmiyyət kəsb edən bəzi hissələrini transliterasiya edilmiş şəkildə təqdim edirəm:

“...Ağustosun on ikinci günü Şuşada ermənilər, erməni məhəlləsində sakin müsəlmanlara birdənbirə hücumla cümləsini qətl etdikdən sonra qırx xanəli (ev) bir müsəlman qəryəsini (kənd) kamilən ihraq (yanğın törətmək) eyləmişlərdir...

...Ermənilər məhəll-i vəqayə (hadisə yeri) gələn güvernor (qubernator) Baranovskiyi dəxi cərh (yaralamaq) etmişlərdir. Müsəlmanlar məcruh (yaralanmış) olan güvernoru şəhrə nəql etmiş və bu haldan münfəil (təsirlənən) olan əhali ermənilərə müqabələyə başlamışdır...

...Ağustosun iyirmisindən bəri Şuşa şəhərində nisbətlə hali-sükut hökm-fərma isə də civar qəryələrdə (kənd) müsadəmət (qarşıdurma) davam etməkdədir. Məqtulin (qətlə yetirilənlər) və məcruhinin (yaralananlar) ədədi iki yüz təxmin olunduğu kimi ol miqdarda xanə (ev) muhtəriq (yanmış) olmuşdur...

...Nəfs-i Baküdə ağustosun iyirmi ikisinə qədər məqtulinin ədədi iki yüz yetmiş müsəlman və yüz otuz miləl-i müxtəlifə (digər dinlərin nümayəndələri) əfradından (şəxslər) ibarətdir...

...Cəraid-i məhəlliyənin (yerli qəzet) bəyanatına nəzərən Balaxanıda əsgər tərəfindən top istimal (istifadə) olunmuşdur...

...Şiə şeyxi Şuşadan “Ermənilər müsəlmanları qətliam ediyorlar, tədabir-i müqtəziyəyə (qəti tədbirlər) təvəssül (icra) ediniz” məalında (məzmununda) bir teleqrafnamə əxz eyləmişdir (qəbul etmişdir)... Ağdam ilə Şuşa arasındakı qırx kilometrlik teleqraf xəttinin təxrib (xarab) edildiyi zənn olunuyor...”

Sənəddən göründüyü kimi, erməni mütəşəkkil silahlı dəstələri planlaşdırılmış şəkildə Azərbaycanın müxtəlif şəhərlərində müsəlman azərbaycanlılara hücum edərək, qətliamlar və təxribatlar törədir, regionda mürəkkəb və qarışıq bir vəziyyət yaratmaqla öz mənfur və çirkin məqsədlərinə nail olmaq istəyirdilər. Hətta erməni cinayətləri o qədər böyümüşdü ki, hamiləri Rusiya Çarlığının təyin olunmuş qubernatoru Baranovskiyə hücum etməkdən belə çəkinmirdilər”.

@@TVmusavat/68577@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR