Onlayn ictimai-siyasi qəzet
Uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı müğənni Elyanə Arslan türkiyəli həyat yoldaşından boşanır.
Musavat.com xəbər verir ki, bu haqda müğənni özü məlumat verib.
"Bu gündən etibarən Mert Arslanla olan evliliyimizi qarşılıqlı hörmət və sayğı çərçivəsində sonlandırdığımızı bildirmək istəyirəm.
İşlərimlə bağlı olaraq Arslan soyadını daşımağa davam edəcəyəm. Mertə gələcək həyatında uğurlar arzu edirəm", - deyə Elyanə qeyd edib.
Qeyd edək ki, Elyanə Arslan 2013-cü ildə Türkiyə vətəndaşı Mert Arslanla ailə qurub. Cütlüyün bu nikahdan bir oğlu var.
Könül
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ