İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı iş adamı ilə sevgili olan rus məşhuru həbs olunacaq? - FOTO

Rusiyanın Əməkdar artisti, balet ustası Anastasiya Voloçkova hərəkəti ilə başını bəlaya salıb.

Musavat.com bizim.media-ya istinadən bildirir ki, 47 yaşlı Anastasiya "La-5" sovet qırıcı təyyarənin qanadına bir ayağını qoyaraq digəri ilə çətin akrobatik hərəkətlərdən sayılan şpaqat açıb.

Voloçkova, müharibənin ən çətin illərində istifadə olunan döyüş təyyarəsi qarşısında çəkilmiş şəklini sosial şəbəkə hesabında paylaşaraq, rəy bölməsinə "Hərəkətsiz bir gün qalmayacaq" yazıb.

Göründüyü kimi, kadr "Mosfilm" muzeyinin yaxınlığında çəkilib. Rəssamın yanında poza verdiyi hərbi təyyarə "İki kapitan", "Onlar Vətən uğrunda vuruşdular" və "Moskva səması" filmlərinin çəkilişlərində istifadə olunub. Əməkdar artistin bu hərəkəti isə onu həbs olunacağı təhlükəsi ilə üz-üzə qoyub.
Belə ki, "Shot" Telegram kanalının yaydığı məlumata görə, Anastasiya Voloçkovanı hərbi şöhrət simvollarını şpaqat açması səbəbi ilə təhqir etdiyinə görə üç ilə qədər həbs gözləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR