İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı həkimlər Qırğızıstan vətəndaşının həyatını xilas etdilər

Həkimlər paytaxtdakı xəstəxanalardan birinə huşsuz vəziyyətdə yerləşdirilən Qırğızıstan vətəndaşı Mirbek İdrisovun həyatını xilas ediblər.

Bu barədə o özü bildirib. Sözügedən şəxs video yayaraq onu həyata qaytaran Sabunçu Tibb Mərkəzinin həkimlərinə təşəkkür edib.

"Təyyarə ilə Bişkekə uçurdum. Transferdən əvvəl huşumu itirdim, başıma nə gəldiyini xatırlamıram, bütün personala təşəkkür edirəm".

Məlumat üçün bildirək ki, 1976-cı il təvəllüdlü Mirbek İdrisov 24.12.2024-cü il tarixində dəqiqləşdirilməmiş qıcolma tutulmaları, ürəyin qəflətən dayanması diaqnozu ilə Cərrahi reanimasiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi yardımlar göstərilib və yaxşılaşma ilə ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabil qiymətləndirilib.//Baku.ws

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR