İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı avtoritet Rusiyada məhkəmə qarşısına çıxacaq

Moskvada cinayət iyerarxiyasında ən yüksək pilləni tutmaqda təqsirli bilinən 41 yaşlı azərbaycanlının cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva İdarəsinin nümayəndəsi məlumat verib.

İş üzrə təqsirləndirilən şəxs qanuni oğru, kriminal aləmdə Beyləqanlı Hacı kimi tanınan Hacıbaba Talıbxanlıdır. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə (“Cinayət iyerarxiyasında ən yüksək pillə tutmaq”) ittiham olunur.

Müstəntiqlərin fikrincə, 2012-ci ildə o, xüsusilə ağır cinayət törətdikdən sonra qanuni oğru adına layiq görülüb. Bildirilir ki, o, hazırda məhkumdur və uzun müddətə cəza çəkir.

İstintaq zamanı 20-dən çox şahid, o cümlədən kriminal aləm sahəsi üzrə mütəxəssis dindirilib. Cinayət işi ittiham aktının təsdiqi üçün prokurorluğa göndərilib, daha sonra qanuni oğru məhkəmə qarşısına çıxarılacaq.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR