Onlayn ictimai-siyasi qəzet
Biz bu gün (Pakistanın Baş naziri ilə - red.) müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var.
Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Pakistanın biznes forumunda deyib.
“Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır”, - deyən dövlət başçısı vurğulayıb ki, biz digər sahələrdə də çox böyük potensial görürük.
25 Fevral 2025
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ