Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko 9 illik münasibətlərini sonlandıraraq boşanıb.
Y.Eyvazovla A.Netrebkonun ayrılmasına səbəb aralarında olan uzun məsafə olub.
"Bu, zaman məsələsi idi, çünki onlar son vaxtlar müxtəlif ölkələrdə yaşayırlar: Yusif daha çox Bakıda işləyir, Anna isə daim Vyanadadır. Münasibətləri sadəcə olaraq yox oldu, hər şey öz-özünə baş verdi", - deyə nəşr yazıb.
Həmçinin bildirilib ki, dünyanın bir çox yerində mülkləri olan cütlük üçün əmlak bölgüsü çətin olmayıb.
Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var./bizim.media
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ