İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın taekvondoçuları "Turkish Open" turnirində iştirak edəcəklər

Azərbaycanın taekvondoçuları Türkiyədə keçiriləcək "Turkish Open" turnirində iştirak edəcəklər.

Azərbaycan Taekvondo Federasiyasının məlumatına görə, milli komanda yarışlarda iştirak etmək üçün Antalyaya yola düşüb. 12-16 fevral tarixlərində böyüklər, gənclər və yeniyetmələr arasında keçiriləcək turnirdə idmançılarımız mükafatlar və dəyərli reytinq xalları uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, "Turkish Open" beynəlxalq təqvimdə mühüm turnirlərdən biri hesab olunur və Olimpiya Oyunları da daxil olmaqla, ən iri yarışlara seçim sisteminə daxildir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR