İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım paylanıb-FOTO  

Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım paylanıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin sosial media hesabında məlumat verilib.

Bildirilib ki, humanitar yardım Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində paylanıb.

Mərasimdə Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyi iştirak edib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq humanitar dəstək göndərilib. On yük avtomobilindən ibarət yardım karvanında ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları olub.

Onu da qeyd edək ki, fevralın 17-də Azərbaycan 13 illik fasilədən sonra Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında səfirliyin müvəqqəti işlər vəkilinin artıq Dəməşq şəhərinə ezam edildiyi və fəaliyyətə başladığı bildirilib.
Humanitar yardımın paylanması zamanı çəkilən fotoda ortada dayanan şəxs Elnur Şahhüseynovdur.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR