Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev hər dəfə nüfuzlu beynəlxalq qurumlardakı çıxışları ilə dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Dövlətimizin başçısı həmin tədbirlərdə ölkəmizin bütün sahələr üzrə inkişafndan, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparlan yenidənqurma, tikinti-bərpa işlərindən, Azərbaycanın sülh tərəfdarı olmasından və Cənubi Qafqazda lider dövlətə çevrilməsindən söhbət açır. Dövlətimizin başçısı bu günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT+” formatında keçirilmiş görüşdə iştirakı və çıxışı ilə yenə də dünyaya ciddi mesajlar verdi, bir sıra mühüm əhəmiyyətli məqamları diqqətə çatdırdı. Onu da qeyd edək ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu fakt Azərbaycan ilə quruma üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.
Bu fikirləri redaksiyamıza açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Azərbaycanla Qazaxıstan arasında müasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdıran hüquq müdafiəçisi deyib ki, son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə, həmin müddətdə Qazaxıstan Prezidenti isə Azərbaycana üç dəfə səfər edib. Qarşlıqlı səfərlərin mütəmadi xarakter alması iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Ümumiyyətlə, iki ölkə arasında əlaqələrin əsasını Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar təşkil edir. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 ildən çoxdur ki, uğurla davam edir. Son illər bu əməkdaşlq bütün sahələri əhatə edir və bu gün də uğurla davam etdirlir.
Ç.Qənizadə dövlətimizin başçısınn toplantıdakı çıxışından bəzi məqamları diqqətə çatdıraraq deyib: “Prezident qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Eyni zamanda, perspektiv əməkdaşlıq əlaqələrini də unutmaq olmaz. Ölkə Prezidenti çıxışında bu məqamları da diqqətə çatdraraq bildirdi ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Perspektiv əməkdaşlıq əlaqələri də göz önündədir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Prezident vurğuladı ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb”.
Ç.Qənizadə Prezident İlham Əliyevin yeni iqtisadi imkanlardan da söhbət açdığını xatırladaraq deyib ki, Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı. Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir: “Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Bunlarla yanaşı, dövlətimizin başçısı Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən də söhbət açdı. Dedi ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi”.
Hüquq müdafiəçisi ölkə başçısnın Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini, onun qlobal arenada nüfuzunun və gücünün möhkəmləndirildiyindən söhbət açdığını vurğulayıb. Eyni zamanda, Azərbaycanın hərəkatın institusional inkişafına töhfə verdiyini, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsinin, Gənclər Təşkilatını təsis edildiyini, habelə Qadın Platformasının əsasını qoyduğunu diqqətə çatdırıb. Həmçinin ölkəmizin ilin sonunda çox mühüm əhəmiyyətli beynəlxalq tədbirə sədrlik edəcəyini diqqətə çatdırıb: “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır”.
Ç.Qənizadə Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunduğunu bildirib və bu sənədi iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi dəyərləndirib. Bununla yanaşı, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin görüşdüyünü də xatırladıb. Deyib ki, üçtərəfli zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub.
“Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə dair razılıq ifadə olunub”,- deyə tanınmış hüquqşünas bildirib.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ