Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda bir sıra elektron xidmətlərdən istifadədə problemlər yaranıb.
Musavat.com xəbər verir ki, vətəndaşlar bank əməliyyatları, ASAN elektron sistemi və sair prosedurları icra edə bilmirlər.
“AzInTelecom” MMC-dən Musavat.com-a verilən məlumata görə, səbəb bu quruma məxsus bəzi avadanlıqlarda yaranan müəyyən texniki çətinliklərdir: “Yaranan çətinlik qurumlara və vətəndaşlara təqdim edilən xidmət və məhsulların əlçatanlığına müəyyən təsir edə bilər. Hazırda mütəxəssislərimiz tərəfindən çətinliyin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. “AzInTelecom” MMC olaraq müvəqqəti çətinliyə görə üzr istəyirik”.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ