Onlayn ictimai-siyasi qəzet
Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində bürünc medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından Musavat.com-a verilən məlumata görə, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib.
O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxmışdı.
12 Fevral 2025
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ