Onlayn ictimai-siyasi qəzet
Dövlət Statistika Komitəsinin şöbə müdiri vəfat edib.
Musavat.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, komitənin Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Paşa Yaşar Əhməd oğlu dünyasını dəyişib.
Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
Qeyd edək ki, P.Yaşa 1962-ci anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə ilə bitirib.
1984-1999-cu illərdə Dövlətstatkomda iqtisadçı, böyük iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, idarə rəisinin müavini vəzifələrində işləyib.
1999-cu ildən Dövlətstatkomun Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ildən isə Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri idi.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ